1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniyanın Sevilya əyalətində barda baş verən atışma nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə EFE agentliyi məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, əllərində silah olan iki şəxs bara girərək atəş açıb.
İlkin məlumatlara görə, ölənlər müəssisənin sahibi və atəş açanları dayandırmağa çalışan ziyarətçilərdən biri olub.
Qeyd olunur ki, hücumdan sonra silahlı şəxslər şəhər istiqamətində qaçıblar, onların axtarışları davam etdirilir.