AZ

Rusiya PUA-larının hücumundan sonra Kiyevdə avtomobillər yanır

BAKI, 7 sentyabr. TELEQRAF

Paytaxtın Svyatoşinski rayonunda Rusiya pilotsuz təyyarələrinin hücumu nəticəsində dayanacaqda olan avtomobillər yanıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko sosial şəbəkədə məlumat verib.

"Svyatoşinski rayonunda biz düşmənin hücumunun nəticələrini qeydə alırıq. Dayanacaqda avtomobillərdə yanğın baş verdiyini bildirirlər. Yanğınsöndürənlər vəziyyətə nəzarət etməyə çalışır", - o yazıb.

Kiyev rəsmisi düşmən hücumunun davam etdiyi, hava hücumundan müdafiə sistemlərinin onların qarşısını aldığını deyib və təhlükə bitənədək vətəndaşları sığınacaqlarda qalmağa çağırıb.

"Ukrinform" agentliyi məlumatın Kiev meri Vitali Kliçko tərəfindən təsdiqləndiyini xəbər edib.

"Svyatoşinski rayonunda PUA dağıntılarının düşməsindən sonra avtomobillər yanır. Təcili yardım xidmətləri hadisə yerinə gedir", - o qeyd edib.

Qeyd edək ki, dronların hücum təhlükəsi ilə əlaqədar paytaxtda və əksər bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib.

Seçilən
54
teleqraf.com

1Mənbələr