Bakı. Trend:
Böyük Britaniyada alim Albert Eynşteynə (1879-1955) məxsusskripka hərraca çıxarılacaq. Təxmini qiyməti 200-300 minfunt-sterlinq (təxminən 270-405 min dollar) arasındaqiymətləndirilir.
Trend xəbər verirki, bu barədə oktyabrın 8-də hərrac keçirəcək İngiltərənin DominicWinter hərrac evi məlumat yayıb.
Məlumata görə, gələcək Nobel mükafatı laureatı və nisbiliknəzəriyyəsinin müəllifi skripkanı 1890-cı illərin ortalarında,Sürix Politexnik Məktəbində təhsil almaq üçün İsveçrəyə getməzdənəvvəl Almaniyada əldə edib. 1930-cu illərdə nasistlər hakimiyyətəgələndə Eynşteyn ABŞ-a mühacirət edir və əşyalarını fizik yoldaşıMaks fon Lauya verərək qorunmasını təmin edir. Bu əşyalar arasındaskripka, atasının hədiyyəsi olan velosiped və fəlsəfə kitabı daolub.
Eynşteyn uşaq yaşlarında anası Paulinanın təşəbbüsü ilə skripkaçalmağa başlayıb və bu həvəsi ömrü boyunca davam edib. O, tez-tezdostları üçün Motsart, Bax və Bethovenin əsərlərini ifa edib.