AZ

HƏMAS təkzib etdi

BAKI, 7 sentyabr. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında münaqişənin həlli ilə bağlı Vaşinqtonla danışıqlar aparmır.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalına qrupun adını açıqlamayan nümayəndəsi ABŞ prezidenti Donald Trampın müvafiq bəyanatını təkzib edərək bildirib.

"Vaşinqtonla birbaşa və ya dolayı danışıqların aparılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", - telekanalın HƏMAS-dakı mənbəsi bildirib.

Eyni zamanda, telekanalın həmsöhbəti qeyd edib ki, hərəkat Qəzza zolağında daimi atəşkəsə, İsrail qoşunlarının anklavdan çıxarılmasına və humanitar yardımın göstərilməsinə imkan verəcək istənilən təkliflərə hazırdır.

Qeyd edək ki, sentyabrın 5-də Tramp Vaşinqtonun HƏMAS ilə danışıqlar apardığını bildirib.

Seçilən
81
teleqraf.com

1Mənbələr