AZ

Azərbaycan güləşçiləri beynəlxalq yarışın ilk günündə 4 medal qazanıblar

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasının ilk günündə 4 medal qazanıblar.

Bu barədə 525.az-a federasiyadan məlumat verilib.

"Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışlarda bu gün 6 çəkidə mübarizə baş tutub. Yunan-Roma güləşçilərimizdən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Ramik Heybətov (74 kq) üçüncü yeri tutub.

Universiadada güləş yarışlarına sabah yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
12
525.az

10Mənbələr