AZ

“Şəmkir” və “Quba”dan uğurlu start

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün II Liqada mövsümə start verilib.

İdman.biz xəbər verir ki, çempionatın ilk turunun ilk oyun günündə 3 görüş keçilib.

"Quba" "Qaradağ Lökbatan"dan, "Şəmkir" isə "Şirvan"dan üstün olub. "Göygöl" – "Araz-Saatlı" matçı isə heç-heçəylə başa çatıb.

Turun digər oyunları sabah keçiriləcək.

“Quba” – “Qaradağ Lökbatan” - 2:0

Qollar: V.Hüseynov, 45+3 - avtoqol; V.Cəfərov, 90+3

Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Kərim Zeynalov, Niyaz Əhmədov

Quba OİK stadionu

“Şirvan” – “Şəmkir” - 1:2

Qollar: Q.İbrahimov, 80 – T.Məmmədzadə, 29; C.Rəcəbli, 41

Hakimlər: Əkbər Əhmədov, Kamran Bayramov, Sadiq Əliyev, İslam Məmmədov

Şirvan OİK stadionu

“Göygöl” – “Araz Saatlı” - 1:1

Qollar: Z.Məmmədov, 20 – Y.Yusubov, 30

Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Ruslan Məmmədov, Sənan Bayramzadə

Göygöl OİK stadionu

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
7
icma.az

10Mənbələr