Bakı. Trend:
Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclərarasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb.
Trend xəbər verirki, Azərbaycan milli komandası qitə birinciliyini 3 medallatamamlayıb.
İlk yarış günündə Nihad Məmişov (60 kiloqram) və MəhəmmədMusayev (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək, qızıl medalqazanıb. Nizami İmranov (66 kiloqram) isə turniri bürünc medallatamamlayıb.
Daha əvvəl yeniyetmələr arasında ikiqat dünya çempionu olanNihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızılmedalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında 66 kiloqramçəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. Daha birəlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitəturnirində medal qazanması olub.
Qeyd edək ki, Fərid Qarayev (60 kiloqram) yarışı 5-ci, ƏbilYusubov isə 7-ci pillədə başa vurub. Aktivində 2 qızıl və 1 bürüncmedal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlararasında birinci yeri tutub.