AZ

Rafinya "Disneyland Paris"i irqçilikdə günahlandırdı

style='margin-bottom:10px;'>

"Barselona"nın və Braziliya millisinin hücumçusu Rafinya sosial şəbəkələrdə "Disneyland Paris" işçilərini irqçilikdə günahlandırıb.

QOL.az xəbər verir ki, futbolçu öz sosial şəbəkələrində iddia edib ki, parkın animatoru böyüdülmüş kukla geyimində oğluyla oynamaqdan imtina edib:

"Sizin işçiləriniz biabırçılıqdır. Onlar insanlarla, xüsusilə də uşaqlarla belə rəftar etməməlidirlər. Uşaqları sevindirmək yerinə, onlara nifrətlə yanaşırlar. Mən buna nifrət deyirəm. Bu — ayıbdır. 

Burada işləməyin çətinliyini başa düşürəm, amma niyə bütün ağ dərili uşaqları qucaqladılar, amma mənim oğlumu yox? Mən "Disneyland Paris"i nifrətlə xatırlayacağam. Oğlum sadəcə görüşüb qucaqlamaq istəyirdi. Bəxtiniz gətirib ki, o, heç nə başa düşməyib".

Seçilən
110
2
teleqraf.com

3Mənbələr