1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərə səfəri çərçivəsində bu ölkənin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin Faisal Al Tani ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında məlumat verib.
Görüş zamanı Azərbaycan ilə Qətər arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və bunun hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcəyi vurğulanıb.
Bundan əlavə, enerji, yaşıl texnologiyalar, kənd təsərrüfatı və infrastruktur kimi prioritet sahələr üzrə tərəfdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qətərə səfərimiz çərçivəsində bu ölkənin ticarət və sənaye naziri (@MOCIQatar) Şeyx Faisal bin Tani bin Faisal Al Tani ilə görüşdük. #Azərbaycan - #Qətər #ticarət əlaqələrinin möhkəmləndirilməsinin, qarşılıqlı #investisiya-ların həcminin artırılmasının hər iki ölkənin #iqtisadi… pic.twitter.com/kURfCYV0m5
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 6, 2025