AZ

Havay adalarında qasırğa: fövqəladə vəziyyət elan edildi

Havay adalarında "Kiko" qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru vəzifəsinin müvəqqəti icraçısı Silviya Lyuk elan edib.

Proqnozlara əsasən, adalardan təxminən 1200 mil cənub-şərqdə yerləşən güclü qasırğa artıq gələn həftənin əvvəlində tropik fırtına şəklində arxipelaqa çata bilər. Sentyabrın 8-dən etibarən güclü yağışlar, fırtınalı küləklər və yüksək dalğalar gözlənilir. pizza

Fövqəladə vəziyyət rejimi sentyabrın 19-dək qüvvədə olacaq.


Telegram kanalımız
Seçilən
6
4
yenisabah.az

5Mənbələr