AZ

Havay adalarında fövqəladə vəziyyət elan olundu: Qasırğa yaxınlaşır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Havay ştatında dördüncü kateqoriyalı "Kiko" qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ştat qubernatorluğunun bəyanatında bildirilir.
"Kiko qasırğası ilə əlaqədar güclü külək, leysan yağışlar və güclü dalğalar 8 sentyabr bazar ertəsi, ştatın bəzi hissələrinə təsir göstərə bilər", - məlumatda qeyd olunur.
Fövqəladə vəziyyət sentyabrın 19-dək qüvvədə olacaq.
ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, "Kiko" hazırda Havay adalarından təxminən 1600 km məsafədə tüğyan edir, qasırğanın keçdiyi bölgədə küləyin maksimal sürəti 63 m/s-ə çatır.
Seçilən
2
oxu.az

1Mənbələr