AZ

Millimiz Farer adalarına qalib gəldi

Sloveniyada təlim-məşq toplanışında olan U-19 millimiz bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatez” stadionunda keçirilən oyun yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində 21-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) fərqləniblər.

Xatırladaq ki, millimiz ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.

Seçilən
0
3
football-plus.az

4Mənbələr