ain.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp "US Open" beynəlxalq tennis turnirinin kişilər arasında olan finalında iştirak etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidenti turnirin final mərhələsini izləmək üçün sentyabrın 7-də Nyu-Yorka səfər edəcək.
Qeyd edək ki, Tramp adıçəkilən turnirdə əvvəllər mütəmadi olaraq iştirak edib.
O, sonuncu dəfə 2015-ci ildə Serena Uilyams və Venus Uilyams bacıları arasında keçirilən 1/4 final matçına qatılıb.
Xatırladaq ki, turnirin finalında dünya kişi tennisinin birinci və ikinci raketka ustaları - Yannik Sinner (İtaliya) və Karlos Alkaras (İspaniya) üzə-üzə gələcəklər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.