Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi ərazilərdə qısamüddətli yağış ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 20-24°, gündüz 27-30° isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.
Doğru.az xəbər verir ki, Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış, şimşək, qısamüddətli leysan və dolu gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq, şərq küləyi isə arabir güclənəcək.
Temperatur aran rayonlarında gecə 20-24°, gündüz 30-35° isti, dağlıq ərazilərdə isə gecə 13-18°, gündüz 20-25° isti proqnozlaşdırılır.
Doğru.az xəbər verir ki, Naxçıvanda gündüz 31-36° isti, Şəki-Zaqatala bölgəsində 26-31° isti, Lənkəran-Astara zonasında isə 28-31° isti olacaq.
DOĞRU.AZ