AZ

Beyləqanda kafedə 2 nəfər güllələnib - YENİLƏNİB

Bu gün saat 13:00 radələrində Beyləqan rayonunda xəsarət alması səbəbilə 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

"Onlardan 1988-ci il təvəllüdlü şəxs hazırda əməliyyata alınıb, 1983-cü il təvəllüdlü şəxsə isə sol baldırın çox qəlpəli açıq yerdəyişən sınığı diaqnozu təyin edilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", məlumatda deyilir.

Gülcahan Məmmədova

***

14.11

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Seçilən
18
5
apa.az

6Mənbələr