AZ

Qurban Qurbanov hücumçu transfer etməmələrinin səbəbini açıqladı

"Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi".

Sitat.info xəbər verir ki, Qurban Qurbanov AzTV-yə müsahibəsində "Qarabağ"ın üzərinə düşənləri yerinə yetirdiyini, qarşı tərəfdəki klubların qeyri-peşəkar davrandığını bildirib.

"Transfer pəncərəsində bəzi keçidlər etdik. Yeni futbolçular cəlb etdik komandamıza. Bəzi transferlər isə alınmadı. Bu, bizim istəyimizlə olmadı. İki futbolçunu daha çox istəyirdik. Biri sırf hücumçu idi, digəri isə sol vinger. Hər iki klubla çox geniş danışıqlar getdi. Hər gün şərtlər dəyişdirilirdi. Bizim tərəfimizdən yox, onlar tərəfindən. Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi. Məncə, biz o məbləğə razı olsaydıq, yenə də yeni bir tələb qoyulacaqdı. Sadəcə olaraq bizə bəlkə də bir az qeyri-peşəkar yanaşdılar. Ona görə də sonda danışıqları dayandırdıq. 3-cü futbolçuda isə işlər bir az qarışıq idi. Sənədləri ilə bağlı problemlər də vardı. İnanın ki, biz sona qədər öz üzərimizə düşəni, hətta artığını etdik", - deyə Qurban Qurbanov vurğulayıb.

Seçilən
1
21
sitat.info

10Mənbələr