AZ

İsrail ordusu Qəzzada HAMAS-ın kəşfiyyat üçün istifadə etdiyi binaya zərbə endirib

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Qəzzada HAMAS tərəfindən istifadə olunan daha bir çoxmərtəbəli binaya zərbə endirib.

APA xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Məlumata görə, vurulan bina HAMAS tərəfindən kəşfiyyat fəaliyyəti və əməliyyat məqsədləri üçün istifadə olunub.

Açıqlamada qeyd olunur ki, HAMAS silahlıları həmin binaya müşahidə məntəqələri və izləmə avadanlıqları yerləşdirib ki, bu da İsrail ordusunun hərəkətlərini izləmək məqsədi daşıyıb.

O da bildirilib ki, binanın yaxınlığında yeraltı tunel infrastrukturu mövcud olub və bu, "terror fəaliyyətlərinin koordinasiyası" üçün istifadə olunub.

Bu zərbə IDF-nin dünən Qəzzada HAMAS-ın "terror infrastrukturu" kimi istifadə etdiyi başqa bir çoxmərtəbəli binanı məhv etməsindən sonra endirilib.
Seçilən
0
7
sherg.az

10Mənbələr