AZ

Messi azarkeşlərinə belə vida etdi - FOTO

Argentina millisinin kapitanı Lionel Messi yığma komandada sonuncu rəsmi ev oyununa çıxdığını açıqlayıb.

Milli.Az xəbər verir ki, Venesuela ilə keçirilən və 3:0 hesabı ilə başa çatan Dünya Kuboku seçmə mərhələsi matçında Messi iki qol vuraraq komandasına qələbə qazandırıb.

Oyundan sonra 38 yaşlı ulduz futbolçu emosional açıqlamalar verib:

"Aydındır ki, bu gün xal uğrunda son dəfə burada oynadım. Özümü yaxşı hiss etdiyim müddətcə meydanda olmaqdan həzz alıram, əks halda oynamaq istəmirəm. Burada xalqımla yaşadıqlarım həyatımın ən unudulmaz anlarıdır" .

Messi həmçinin bildirib ki, 2026-cı il Dünya Kuboku çox güman ki, onun son beynəlxalq turniri olacaq.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
18
32
milli.az

10Mənbələr