AZ

Pentaqon niyə Müharibə Nazirliyinə çevirildi? (ŞƏRH)

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Trampın Pentaqonu Müharibə Nazirliyi adlandırmasını əslində sülhə xidmət edən bir dəyişiklik kimi dəyərləndirmək olar".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli ABŞ prezidenti Donald Trampın ölkənin Müdafiə Nazirliyinin adını dəyişib, Müharibə Nazirliyi adlandırmasını şərh edərkən deyib. 

"Xarakter etibarı ilə Tramp zəngin profilli bir adamdır. O, siyasətçidən daha çox şoumen, ticarətçi olması ilə seçilir. Etdiyi çıxışlar, keçirdiyi görüşlər zamanı göstərdiyi bədən hərəkətləri, nitqi Tramp bizə daha çox şöhrətpərəst kimi tanıtdırır. Onun zəif insan olduğunu düşünmürəm", deyə ekspert bildirib.

Həmsöhbətimiz deyib ki, ABŞ prezidenti kimi, onun özünə daha çox sülhəmeylli insan kimi göstərməsi və bunu xüsusi notlarla ictimaiyyətin diqqətinə çatdırması, bütün bunlar Trampın həm də şöhrətpərəst olmasından xəbər verir:

"O, dəyişikliklərə meyllidir və çalışır ki, yaddaşlarda qalsın. Yadda qalmağın ən yaxşı yolu isə fərqlilikdir. Onun da ən yaxşı yolu fərqli düşünməkdir. Məqsədinə çatmayanda pis olur, təəccüblənir, heyrətlənir və bunları da gizlətmir".

Həmsöhbətimizin fikrincə, Trampın Pentaqonun adını Müharibə Nazirliyi kimi təqdim etməsi kənardan obyektiv görünür: 

"Çünki dünyadakı əksər qlobal münaqişələrin, o cümlədən Rusiya-Ukrayna müharibəsinin nüvəsində də ABŞ dayanır. Bu, ABŞ-ın layihəsidir. Tramp vaxtilə kinoda olduğu kimi bu gün də oz rolunu gözəl oynayır. O, Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyulmasını dəstəkləyən ən böyük bir dövlətin başçısıdır. Tramp sülhə daha çox meyllidir. O, bu addımları ilə ABŞ tarixində ən sülhpərvər Prezident olmağa cəhd göstərir".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp imzaladığı sərəncamla Müdafiə Nazirliyinin (Pentaqon) adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib. Trampın sözlərinə görə, ABŞ heç kimin rəqabət apara bilməyəcəyi "dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına" malikdir. O əlavə edib ki, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsi də "eyni aqibətlə" üzləşəcək. 

Xatırladaq ki, ABŞ Müharibə Nazirliyi 1789-1947-ci illərdə mövcud olub, 1947-1949-cu illərdə Ordu Nazirliyi, 1949-cu ildən isə ABŞ Müdafiə Nazirliyi adlandırılıb.

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
qaynarinfo.az

1Mənbələr