AZ

AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir?

Bakı. Trend:

Təsəvvür edin ki, qonşunuzun hərbi texnikası səhvən sizinevinizi dağıdır. Siz üzrxahlıq, bərpa təklifi, araşdırma vəgünahkar sürücünün cəzasını gözləyirsiniz. Fəqət aylar sonraqonşunuzun idarə şirkətindən şən bir press-reliz gəlir: illərlə pulödədiyiniz sığorta şirkətiniz, nəhayət ki, öz vəzifəsini yerinəyetirib və sizə kompensasiya ödəməyə başlayıb. Qonşu isə qətiyyətləbildirir: “Məsələ bağlandı!” Ardınca da sizi “pozucu niyyətlər"dəsuçlayır.

Sadəcə ədalət barədə suallar verdiyiniz üçün.

Absurd görünür? Elə Moskvanın bu gün oynadığı siyasi-hüquqiteatr da eynən belədir. 25 dekabr 2024-də Rusiya ordusu tərəfindənvurulan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus "Embraer E190AR"sərnişin təyyarəsinin faciəsi ətrafında Kremlin qurduğu dumanpərdəsi budur. Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaklassik siyasi ekvilibristika, dövlət məsuliyyətini kommersiyamüqaviləsinin “parlaq üz qabığı” ilə gizlətmək cəhdidir. Amma nəmilyard rubl, nə də aqressiv ritorika üç sadə anlayışın yoxluğunugizlədə bilir: günah, üzr və ədalət.

Biz, beynəlxalq hüquq, aviasiya sığortası və siyasi təhlilmütəxəssisləri olaraq, bu məsələnin soyuq başla, peşəkar təhliliniaparmağın vacib olduğunu düşünürük. Rusiyanın açıqlaması emosionalyox, faktları manipulyasiyadan ayıran ciddi ekspertizasını tələbedir.

Kağız üzərində Moskvanın açıqlaması təsirli görünür. Rəqəmlər,doğrudan da, böyükdür: AZAL-a məxsus təyyarəyə görə 1 milyard 3milyon rubl (12 milyon dollardan çox) ödəniş, həlak olan 62nəfərdən 46-nın ailəsinə isə 358,4 milyon rubl (4 milyon dollardanartıq) vəsait. Rusiya bunu “xoşməramlı jest” kimi təqdim edir və“öhdəlikləri yerinə yetirdiyini” vurğulayır.

Amma şeytan detallarda gizlənir. Əslində, burada dövlətingünahını etirafı yox, sadəcə AZAL-ın illərlə ödədiyi sığortahaqqının nəticəsi var. Yəni bu, Rusiyanın səmimi üzrxahlığı və yakompensasiyası deyil, adi kommersiya müqaviləsinin icrasıdır.“AlfaSığorta” ("AlfaStraxovanie") şirkətinin ödədiyi pullar“təyyarənin tam itirilməsi” və sərnişinlərə görə məsuliyyətsığortasının mexanizmi çərçivəsində həyata keçirilən normalprosedurdur.

Bakı bu oyunu dərhal açdı. Azərbaycan XİN-in mətbuat katibiAyxan Hacızadə soyuqqanlı şəkildə məsələni iki ayrı mövzuya bölərəkdedi ki, bunlar “tamamilə fərqli məsələlərdir”. Diplomatik dilləifadə etsək, mesaj belə idi: “Biz sadəlövh deyilik, dövlətborcunuzla bizim sığorta məsələmizi qarışdırmayın”.

Moskvanın manipulyasiyasını tam anlamaq üçün iki fərqli hüquqireallığın mövcudluğunu dərk etmək lazımdır. Onlar paralel gedir,amma kəsişmir.

Birinci reallıq kommersiya müqavilələri və xüsusi hüquqdur.Burada əsas sənəd 1999-cu il Monreal Konvensiyasıdır. Həm Rusiya,həm də Azərbaycan bu “hava nəqliyyatının konstitusiyası”nıratifikasiya edib.

Hüquqi baza: Konvensiya aviaşirkətin sərnişinlər qarşısındaobyektiv, yəni təqsirsiz məsuliyyət prinsipini müəyyənləşdirir. Bu,o deməkdir ki, faciə baş verəndə ailələrin kompensasiya alması üçünaviaşirkətin günahını sübut etməyə ehtiyac yoxdur. Ölümlənəticələnən hər bir qəza avtomatik əsasdır. Konvensiya həmçininmaliyyə limitlərini də dəqiqləşdirir: 21-ci maddəyə görə, hərsərnişinə görə 128,821 SDR həcmində kompensasiya nəzərdətutulur.

Sığorta mexanizmi: Bu risklərin ödənməsi üçün aviaşirkətlərmütləq sığorta müqaviləsi bağlamalıdır. Burada iki polisdən söhbətgedir: təyyarənin özünün sığortası (Hull Insurance) və sərnişinməsuliyyət sığortası (Passenger Liability Insurance).

... “AlfaSığorta”nın AZAL-a ödədiyi 1,003 milyard rubl - sadəcə“tam itki” riskinə görə ödənişdir. Ailələrə edilən ödənişlər isəsərnişin məsuliyyəti üzrə sığorta polislərinin icrasıdır.

Ən mühüm məqam odur ki, bu mexanizm təyyarəni meteorit vursa da,quş sürüsü ilə toqquşsa da, texniki nasazlıqdan qəzaya uğrasa daeyni qaydada işə düşərdi. Yəni burada “günahkar kimdir” sualınıncavabı heç bir rol oynamır. AZAL-ın sığortası sırf kommersiyaprosesidir. Bunun Rusiya dövlətinin məsuliyyətini etirafedib-etməməsi ilə heç bir əlaqəsi yoxdur.

Burada isə artıq tam başqa qaydalar qüvvəyə minir. Söhbətkommersiya müqaviləsindən yox, BMT tərəfindən kodlaşdırılmışdövlətlərin beynəlxalq məsuliyyətindən gedir. Azərbaycanın tələbisığorta şirkətinə deyil, beynəlxalq hüququn subyekti olan RusiyaFederasiyasının hökumətinə ünvanlanıb.

Əsas sənəd - BMT Beynəlxalq Hüquq Komissiyası tərəfindənhazırlanaraq 2001-ci ildə BMT Baş Assambleyasının 56/83 saylıqətnaməsi ilə qəbul olunmuş “Dövlətlərin beynəlxalq hüquqa ziddəməllərə görə məsuliyyətinə dair maddələr”dir.

Sənəd beynəlxalq adət hüququnun qəbul edilmiş normalarınınkodifikasiyasıdır. 2-ci maddə beynəlxalq hüquqa zidd əməli -dövlətin beynəlxalq öhdəliyini pozan və ona aid edilə bilən hərəkətvə ya hərəkətsizlik kimi müəyyən edir.

4-cü maddədə bildirir ki, dövlətin bütün orqanlarının, ocümlədən silahlı qüvvələrin hərəkətləri birbaşa həmin dövlətinəməli sayılır. Çeçenistanda yerləşən Rusiya HHM bölmələrinin əməlidə istisnasız olaraq Rusiya Federasiyasına aid edilir.

31-ci maddə “tam təzminat” prinsipini təsbit edir. Bu prinsipəgörə, təzminat hüquqa zidd əməl nəticəsində yaranmış bütünnəticələri aradan qaldırmalı və vəziyyəti “əgər bu əməl başverməsəydi necə olardısa” o formaya qaytarmalıdır.

Tam təzminat beynəlxalq hüquqa görə üç əsas hissədənibarətdir.

Birincisi, kompensasiya - zərərçəkmişlərə günahkar dövlətdənbirbaşa maddi və mənəvi ziyanın ödənilməsidir. Bu, sığortaödənişlərindən əlavədir.

İkincisi, satisfaksiya, yəni maliyyə vəsaiti ilə ölçülməyənməsələdir. Buraya rəsmi günah etirafı, ictimai üzr, başsağlığı vəən əsası obyektiv istintaq, məhkəmə və əmri verənlərlə düymənibasanların cəzalandırılması daxildir.

Üçüncüsü isə restitusiya, yəni hadisədən əvvəlki vəziyyətinbərpasıdır. 62 nəfərin həyatı təbii və təəssüf ki, geri qaytarılabilməz.

Azərbaycan məhz bu ikinci reallıq üzrə ədalət tələb edir. Bakısığorta pulunun dalınca düşmür - Rusiya dövlətindən öz günahınıetiraf etməyi, Azərbaycan xalqından üzr istəməyi, itirilmişhəyatların əvəzini ödəməyi və günahkarları ədalət məhkəməsiqarşısına çıxarmağı tələb edir. Amma cavabında yalnız kommersiyamüqaviləsinin bank köçürmələrinin səsi eşidilir.

Moskvanın mövqeyi təəccüb doğurmaya bilməz, çünki beynəlxalqpraktikada oxşar faciələrə dövlətlər tərəfindən verilmiş cavablaraçıq-aydın nümunədir.

1988-ci ildə ABŞ hərbi gəmisi “Vincennes” səhvən İranın "AirbusA300" sərnişin təyyarəsini vurdu. Vaşinqton hadisəni “faciəvi səhv”kimi qəbul etdi və sığortanın arxasında gizlənmədi. 1996-cı ildəABŞ İrana 131,8 milyon dollar ödəməyə razılaşdı: 61,8 milyonuailələrə, 70 milyonu təyyarəyə görə. Bu, dövlətlərarası birbaşaödəniş presedenti idi.

Eyni ildə baş verən Lokerbi terrorunda isə Liviya illərləməsuliyyəti inkar etdi, amma beynəlxalq təzyiqlər altında öz xüsusixidmətlərinin məsuliyyətini etiraf etdi və 270 qurbanın hər birinə10 milyon dollar ödəməyi qəbul etdi. Bu, sığorta yox, günahınqiyməti idi.

2020-ci ildə İran HHM qüvvələri Tehran səmasında səhvənUkraynanın "Boeing-737" sərnişin təyyarəsini vurdu. Tehran cəmi üçgün gerçəyi inkar etdi, sonra sübutların təzyiqi altında etirafetdi. İran hökuməti hər ailəyə 150 min dollar ödəməyi öhdəsinəgötürdü və dövlətlərarası danışıqlara başladı.

2001-ci ildə isə Ukrayna HHM təlimləri zamanı Rusiyanın “Sibir”aviaşirkətinə məxsus "Tu-154" sərnişin təyyarəsini vurdu. Moskvahəmin vaxt Kiyevdən məhz dövlət günahının etirafını və birbaşakompensasiya tələb edirdi, sığorta yox. Ukrayna əvvəlcə inkar etsədə, sonra məsuliyyəti qəbul etdi və ödəniş etdi.

Bu presedentlərin fonunda Rusiya bu gün özünü sanki XX əsrinəvvəllərindəki kimi aparır - açıq-aşkarı inkar edir, sükutdivarının arxasında gizlənməyə çalışır. Amma dünya dəyişib.

Bu faciə sadəcə bir aviasiya qəzası deyildi. O, Bakı ilə Moskvaarasında uzun illər boyu yığılıb qalmış, amma gizli saxlanılanetimad böhranının açıq siqnalına çevrildi. Azərbaycan XİN-inbəyanatında təsadüfən deyil ki, başqa “ağrı nöqtələri” dəxatırladılır: Rusiyada azərbaycanlıların təqibi, Bakıda saxlanılan13 Rusiya vətəndaşı məsələsi, eləcə də Azərbaycanın maraqlarınaqarşı yönəlmiş bəzi rus dövlət strukturlarının fəaliyyəti.Təyyarənin vurulması bu parçalı problemləri vahid və sistemliböhran tablosuna çevirdi.

Moskvanın həmin saxlanmaları təzyiq vasitəsi və yamünasibətlərin soyuması üçün bəhanə kimi təqdim etməsi inandırıcıdeyil. Bu hadisə böhranın səbəbi yox, nəticəsidir. Rusiya XİN-inbəyanatı hüquqi sənəd yox, sırf siyasi mesajdır. Onun hədəfi dəmüxtəlif auditoriyalardır. Daxili auditoriya üçün əsas vurğu rubllaölçülən milyardlara edilib - guya “Rusiya hər şeyi ödəyib, borcunuyerinə yetirib”, qalan narazılıqlar isə guya düşmən qüvvələrinfitnəsidir.

Xarici auditoriya üçün məqsəd sadəcə texniki hesabatla məsələninüstünü örtmək, dövlət məsuliyyətindən yayınmaqdır.

Azərbaycan auditoriyası üçün isə mesaj açıqdır: “Sizəgöstərdiyimiz bu “səxavətə” minnətdar olmalısınız”.

Amma bizim üçün hər şey aydındır. Nə baş verdiyini bilirik vəbunu sübut edə bilərik... Sual yaranır ki, niyə onlar hər birqonşunun edəcəyi sadə addımı atmır?. Bu sadə sualda məsələ tamaydın ifadə olunub. Burada söhbət artıq beynəlxalq hüququn mürəkkəbmexanizmlərindən yox, qonşuluq münasibətlərinin, ləyaqətin vəinsani vicdanın əsas prinsiplərindən gedir.

Rusiyanın sığorta şirkətinin maliyyə hesabatının arxasındagizlənməsi strateji səhvdir. Bu, onun Azərbaycanı bərabər tərəfdaşkimi görmədiyini, xalqın kədərinə və milli heysiyyətinə hörmətetmədiyini göstərir.

Məzkur addım təkcə ikitərəfli münasibətləri yox, həm dəRusiyanın beynəlxalq hüquq normalarına riayət edən dövlət kimiimicini yerlə-yeksan edir. Əgər Moskva məsuliyyəti boynuna almaqdanyayınmaqda davam edərsə, bu, uzunmüddətli və dağıdıcı nəticələrdoğuracaq.

Hüquqi planda Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət etməkimkanları yaranacaq. Siyasi planda etimadın birdəfəlik itirilməsivə münasibətlərin daha da pisləşməsi qaçılmaz olacaq ki, bu daRusiyanın Cənubi Qafqazdakı maraqlarına ziddir. Reputasiyabaxımından isə Rusiya öz silahlı qüvvələrinin əməllərinə görəməsuliyyət daşımaq iqtidarında olmayan dövlət kimidamğalanacaq.

AZAL-ın "J2-8243" reysi ilə bağlı həqiqət rublla basdırılabilməz. Azərbaycan üçün bu, artıq prinsip məsələsinə, milliheysiyyət məsələsinə çevrilib.

Moskva günahı etiraf edib üzr istəməyincə, ədalət təminolunmayınca, o günahkarlar tribunal qarşısına çıxarılmayınca ikiölkənin səması həmişə həmin qara kölgə altında qalacaq.

Vurulmuş təyyarənin kölgəsi isə heç bir, hətta ən böyükməbləğdəki sığorta ödənişləri ilə də dağıdılmayacaq.

Seçilən
217
5
az.trend.az

6Mənbələr