AZ

11 saylı RMTM direktoruna bıçalqa hücum edildi - xəsarət alanlar var

11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunun üzərinə bıçalqa hücum edilib,bir əməkdaşına isəxəsarətlər yetiriblər.

Ekologiya.az bildirir ki, hadisəni Cəlilabad rayon Fətullaqışlaq kənd sakini Əlihüseyn Əbilov onun üç övladı törədib.

11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru əməkdaşımıza hadisə ilə bağlı açıqlamasında deyib:

"Məlumat üçün bilidirirəm ki, hadisə 04.09.2025-ci il tarixində saat 22:00 da   Göytəpə meşəbəyliyinin 13- a saylı meşə dolayında mühafizə məqsədilə gəzərkən 99 NM 636 nömrəli  Qazel markalı maşın meşə ərazisindən çıxarkən tərəfimizdən saxlanılmışdır. Qazel marakalı maşının yük yerinə baxış keçirərkən budaqlı dayana  bitkisi aşkar edilmişdir. Maşından bir nəfər yerə düşərək kiməsə zəng edib kömək istədi. Az sonra Cəlilabad rayon Fətullaqışlaq kənd sakini Əlihüseyn Əbilov onun həyat yoldaşı və 3 oğlu həmin yerə gəldilər. Əlihüseyn Əbilovun oğlu 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunun üzərinə bıçalqa hücum etdi digərləri isə nəlayiq söyüşlər söyərək Mərkəzin əməkdaşlarını isə təhqir etdilər.

Göytəpə meşəbəyliyinin meşəbəyisi Əmrah Xəlilovu döyərək ona xəsarət yetirdilər . Hadisə ilə bağlı dərhal tərəfimizdən  Cəlilabad rayon Polis şöbəsinə məlumat verilib. Hazırda araşdırma aparılır..."


Seçilən
15
1
ekologiya.az

2Mənbələr