AZ

Tramp Lukaşenkonu “hörmətli insan və güclü lider” adlandırdı

ain.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp belaruslu həmkarı Aleksandr Lukaşenkonu “hörmətli insan və güclü lider” kimi xarakterizə edib.

Doğru.az xəbər verir ki, Tramp həmçinin Vaşinqton və Minsk arasında aparılan danışıqlarda əcnəbilər də daxil olmaqla 1400 məhkumdan bəzilərinin azadlığa buraxılması məsələsinin gündəmdə olduğunu açıqlayıb.

ABŞ prezidenti Lukaşenkoya daha əvvəl 16 nəfəri əfv etdiyinə görə təşəkkürünü bildirib.

Belarus lideri isə qeyd edib ki, Amerika ilə danışıqlar prosesində heç vaxt ABŞ-dan sanksiyaların ləğvini tələb etməyib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
87
1
dogru.az

2Mənbələr