AZ

“Zirə”nin yarımmüdafiəçisi üçün 56 dəqiqə

style='margin-bottom:10px;'>

Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. 

QOL.az xəbər verir ki, G qrupunda yer alan Mozambik millisi səfərdə Uqanda ilə üz-üzə gəlib. 

“Zirə”dən Mozambik millisinə dəvət alan Rikardo Martins Gimaraynş da bu görüşün iştirakçısı olub. 

Meydana start heyətində çıxan yarımmüdafiəçi 56-cı dəqiqədə Manuel Kambala ilə əvəzlənib. 

Matç Mozambik yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Seçmə mərhələdə ardıcıl ikinci matçda uduzan Rikardo Martins Gimaraynşın komandası qrupda üçüncü yerə düşüb. 12 xala malik Mozambik sona 3 tur qalmış turnir cədvəlində Uqanda və Əlcəzairdən geri qalır. 

Seçilən
56
3
teleqraf.com

4Mənbələr