Bakı, 6 sentyabr, AZƏRTAC
Rüsvayçı nəticə oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına 0:5 hesabı məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, məğlubiyyətdə hər kəsi günahlandırıb: "Nə topla, nə də topsuz bizdə heç nə alınmadı. Azərbaycan xalqından üzr istəyirik. Buna görə utanırıq".