Ajans.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Qəribə gələn tesiz odur ki, Rusiya XİN mətbuat katibi bu ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbsinin guya Rusiya-Azərbaycanmünasibətlərinin pisləşməsinə səbəb olduğunu iddia edib və münasibətlərin yaxşılaşması üçün onların azadlığa buraxılmasını şərt kimi irəli sürüb. Mətbuat katibi elə söz deməyib. Bu il sentyabrın 4-də Şərq İqtisadi Forumundakı brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova aşağıdakı sözlərlə bildirib: ” Rusiya vətəndaşlarının azadlığa buraxılması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır. Mövzu bu il avqustun 22-də Həştərxanda keçirilən İqtisadi Əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası zamanı ətraflı müzakirə olunub. Rusiyanın mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb”.