AZ

Rektor özünə köməkçi və müşavirlər təyin etdi - FOTO

Gəncə Dövlət Universitetində (GDU) yeni təyinatlar olub.

Hurriyyet.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, rektor Yusif Yusibov yeni təyinatlarla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Məmmədov Ruslan Araz oğlu rektorun köməkçisi, Kubışov İlqar Nadir oğlu rektorun elm və təhsil üzrə müşaviri və Məmmədova Lalə Yaşar qızı isə rektorun sosial məsələlər, gənclərlə iş üzrə müşaviri vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, hər üç şəxs bu təyinatadək də GDU-da müxtəlif vəzifələrdə işləyiblər. Belə ki, R.Məmmədov ictimai əsaslarla Tədris məsələləri üzrə prorektor köməkçisi, İ.Kubışov Regional Kollecin direktoru, L.Məmmədova isə sadəcə rektorun müşaviri vəzifəsində çalışıb.

Məqaləyə dair fotomateriallar:

Seçilən
29
17
hurriyyet.az

10Mənbələr