Yasamal rayonu, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.