AZ

Monako Qran-prisi 2035-ci ilə qədər Formula 1 təqvimində qalacaq

Formula 1 rəhbərliyi Monako Qran-prisinin 2035-ci il də daxil olmaqla çempionat təqvimində qalacağını açıqlayıb. 

90deqiqe.Az-ın məlumatına görə, Bu barədə "Kral yarışları"nın mətbuat xidməti məlumat yayıb. Əvvəlki müqavilə 2031-ci ilə qədər nəzərdə tutulmuşdu.

Formula 1 prezidenti Stefano Domenikali qərarla bağlı bunları deyib:

"Monakonun küçələri Formula 1-in ilk illərindən bəri bu idmanın səsi ilə yaşayır. Ona görə də bu möhtəşəm yarışın 2035-ci ilə qədər uzadıldığını elan etməkdən məmnunam."

Xatırladaq ki, cari mövsümdə Monako Qran-prisi 23–25 may tarixlərində keçirilib. Yarışı "Maklaren" komandasının britaniyalı pilotu Lando Norris qazanıb.

Seçilən
32
90deqiqe.az

1Mənbələr