AZ

Yaponiya öz məsuliyyətini anlamalıdır Lavrov

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya israrla Yaponiya hakimiyyətini İkinci Dünya Müharibəsinin nəticələrini, eləcə də qlobal münaqişənin alovlanmasında Tokionun məsuliyyət payını tam tanımağa çağırır.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə təntənəli iclasın təşkilatçılarına və iştirakçılarına təbrikində deyilir.

"Sakit Okeanda İkinci Dünya Müharibəsinin nəticələri, o cümlədən Yaponiyanın təslim olması aktı müharibədən sonrakı Yalta-Potsdam dünya düzəninin ayrılmaz hissəsi oldu. Biz israrla Yaponiya hakimiyyətini müttəfiq dövlətlərin qələbəsinin beynəlxalq hüquqi nəticələrini, eləcə də onların məsuliyyət payını tam tanımağa çağırırıq”, - deyə Lavrov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
4
axar.az

5Mənbələr