AZ

"Qarabağ"ın rəqibində ayrılıq

Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan "Benfika"da ayrılıq gerçəkləşib.

"Football-plus.az" xəbər verir ki, Lissabon təmsilçisi Uqo Felişlə yollarını ayırıb. Portuqaliya U-21 millisinin üzvü olan 21 yaşlı hücumameyilli yarımmüdafiəçi "Tondela"ya keçib.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasında ilk turun oyunu çərçivəsində Portuqaliyada "Benfika"nın qonağı olacaq. Qarşılaşma sentyabrın 16-da keçiriləcək.

Seçilən
7
1
football-plus.az

2Mənbələr