Ay tutulmasını müşahidə etmək üçün ən rahat şərait Avstraliya və Cənub-Şərqi Asiya sakinləri üçün olacaq.
QHT.az xəbər verir ki, sentyabrın 7-dən 8-nə keçən gecə tam Ay tutulması baş verəcək. Bu hadisə Yer, Ay və Günəş düz xəttə düşdükdə Ayın Yerin kölgəsinə girməsi ilə yaranır. Ay bu zaman mis-qırmızı rəng alır və “Qanlı Ay” adlanır. Məlumata görə, tutulma Böyük Britaniya, Avropa, Asiya, Avstraliya və Afrikadan görünəcək. Təxminən 6 milyard insan bu nadir astronomik hadisəni izləyə biləcək. ABŞ isə bu dəfə siyahıya daxil deyil.
Alimlər bildirirlər ki, Ayın qırmızı görünməsi Yerin atmosferinin mavi və bənövşəyi işıq dalğalarını süzməsi ilə əlaqədardır. Növbəti belə tam Ay tutulması bir çox yerlərdə yalnız 2028-ci ildə müşahidə olunacaq.
R.İmanov