AZ

"Vergi yığımlarında artım davamlı fiskal gəlirlərə şərait yaradır" – Professor

İqtisad elmləri doktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, vergi yığımlarının proqnozları üstələməsi ölkədə vergi inzibatçılığının effektivliyinin yüksəldiyindən xəbər verir.

Onun sözlərinə görə, vergi bazasının genişləndirilməsi istiqamətində görüləcək tədbirlər gələcəkdə yığımların davamlı və dayanıqlı şəkildə artmasına şərait yaradacaq:

"Hesab edirəm ki, vergi yığımlarında proqnozların üstələnməsi, vergi inzibatçılığının effektivliyinin artırılmasının təzahürü kimi dəyərləndirilə bilər. Eyni zamanda, vergi bazasının genişləndirilməsinə yönəlik tədbirlərin həyata keçirilməsi vergi yığımlarının davamlı və dayanıqlı şəkildə artımı üçün çox geniş imkanlar formalaşdıra bilər."

Professor qeyd edib ki, işgüzar fəallığın stimullaşdırılması məqsədilə investisiyaların artımına yönəlmiş qərarların genişləndirilməsi vacibdir:

"Bu, vergi bazasının genişlənməsi hesabına uzunmüddətli və dayanıqlı fiskal yığımların həcminin artmasına şərait yaradacaq."

 

Pərvanə Fərhadqızı

Seçilən
23
qht.az

1Mənbələr