AZ

Naftalanda 69 yaşlı kişi parkda öldü

Naftalan şəhərində parkda ölüm hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin mərkəzi parkında qeydə alınıb.

Şəhər sakini, 1956-cı il təvəllüdlü Məhyəddin Həsən oğlu Musayev parkda gəzərkən qəfil halı pisləşib. O, elə parkda dünyasını dəyişib.

İlkin məlumata görə, 69 yaşlı M.Musayev qəfil infarktdan vəfat edib.

Araşdırmalar Naftalan Şəhər Prokurorluğu tərəfindən aparılır.

"Cebheinfo.az" 

Seçilən
42
2
cebheinfo.az

2Mənbələr