AZ

“Azərbaycanın tarixində bu mühüm məqamın şahidi olmaqdan şərəf duyuruq”

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Sitat.info xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında tarixi Birgə Bəyannamənin imzalanması münasibətilə “ACWA Power” şirkəti adından Sizə və məğrur Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan 44 günlük Vətən müharibəsində suverenliyini və ərazi bütövlüyünü bərpa edərək qətiyyətli qələbə qazandı. Bu gün Siz həmin hərbi uğuru regionun gələcəyini formalaşdıracaq, ədalətli və davamlı sülhü təmin edən diplomatik zəfərə çevirdiniz.

Seçilən
9
2
sitat.info

6Mənbələr