Yazını böyüt
Yazını kiçilt
"Avqust ayında isti geyimlər, ayaqqabılar və məktəb ləvazimatları toplamışıq. Onlar Sumıda yerləşən Uşaqların Sosial-Psixoloji Reabilitasiyası Mərkəzinə göndəriləcək".
Hafta.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “Facebook” hesabında bildirib.
Səfir eyni zamanda toplanan əşyaların tezliklə Ukraynaya göndəriləcəyini də qeyd edib:
“Toplanılanlardan həm də Baxmut, Pokrovsk, Mirqorod, Xerson və Sumı regionlarında Rusiyanın təcavüzünə görə yaşadığı yerləri tərk etmiş ailələrin uşaqlarına da pay çatacaq”.