“İlkin məlumatlara görə, təxmin edilən gücü ildə 6 milyon ton neft olan ELOU-AVT-6 ilkin neft emalı qurğusunun vurulduğunu qeydə almaq mümkün olub”, - xəbərdə deyilir.
![]() |
Ukrayna Rusiyanın daha bir strateji obyektini vurub | VİDEO |
USQ-nin Baş Qərargahının məlumatına görə, eyni zamanda, Rusiyanın Kaluqa vilayətində S-400 “Triumf” HHM raket kompleksinin iki divizionununmövqelərinə zərbələr endirilib.
- Düşmənin komanda maşını və idarəetmə məntəqəsi vurulub”,- ukraynalı hərbçilər bildirirlər.
Xatırladaq ki, avqustun 29-na keçən gecə Ukrayna ordusu Rusiyanın Bryansk vilayətində neft kəməri vasitəsilə dizel yanacağı nəql edən magistral xətti-istehsal stansiyasına zərbə endirmişdi.
— Newsfeed (@Newsfeed883920) September 5, 2025
Sahil İsgəndərov
AzVision.az