“Gallup” şirkətinin Ermənistan Respublikası vətəndaşları arasında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin təxminən 60%-i Azərbaycanın “Sünik vilayəti” adlanan Zəngəzur ərazisindən keçən nəqliyyat marşrutu ilə təmin olunmasının əleyhinədir.
Hafta.az xəbər verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb.
Guya sorğuda iştirak edənlərin 47,6%-i belə qərarın tamamilə əleyhinə olduğunu, 11,3%-i isə buna daha çox mənfi münasibət bəslədiyini bildirib.
Digər tərəfdən, respondentlərin 18,1%-i bu ideyaya kifayət qədər müsbət, 17,4%-i isə tamamilə müsbət reaksiya verib.
Respondentlərin 5,6%-i suala cavab verməkdə çətinlik çəkib.
Xatırladaq ki, “Gallup” ABŞ-da məşhur analitik və sorğu mərkəzidir. 60 ildən artıq bir dövrdə fəaliyyət göstərir və dünyada sosial, siyasi və iqtisadi tədqiqatlar üzrə aparıcı araşdırma qruplarından biridir.