ABŞ Prezidenti Donald Tramp, Truth sosial platformasında etdiyi paylaşımda Hindistan və Rusiyanın Çinlə yaxın münasibətlərinə diqqət çəkib.
Sherg.az xəbər verir ki, Tramp yazıb: “Hindistan və Rusiyanı ən dərin, ən qaranlıq Çinə uduzduq kimi görünür. Uzun bir gələcəkləri olsun!”
Tramp paylaşımına Çin Prezidenti Si Cinpinin, Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modini bu həftənin əvvəlində Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində qəbul etdiyi fotonu əlavə edib.
Sammitdə üç lider ölkələri arasındakı münasibətlərin inkişafından məmnunluqla bəhs edib.
Hər üç ölkə, xüsusilə Ukrayna müharibəsi və ticarət siyasətləri məsələsində ABŞ-la qarşı-qarşıya gəlir. Modi həmçinin Trampın Hindistan - Pakistan arasında son toqquşmaya dair “atəşkəsi mən təmin etdim” iddiasına sərt reaksiya göstərmişdi.
Tramp administrasiyası Ukrayna müharibəsi zamanı Hindistanın Rusiya nefti alması səbəbilə bu ölkəyə 25 faiz əlavə gömrük rüsumu tətbiq etmişdi.
Bundan əvvəl də ABŞ şirkətlərinin üzləşdiyi ticarət maneələri əsas gətirilərək eyni səviyyədə tariflər tətbiq olunmuşdu.
Tramp daha əvvəl də Çin, Rusiya və Şimali Koreyanın ABŞ-a qarşı “əməkdaşlıq etdiyini” iddia etmişdi. Bu açıqlama, Pekində İkinci Dünya Müharibəsinin sona çatmasının 80 illiyi münasibətilə keçirilən hərbi paradda Si Cinpin, Putin və Kim Çen Inun bir araya gəlməsindən sonra səslənmişdi.