Budapeştdə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclası keçirilib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı APA yayıb.
İclas zamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, 15 il əvvəl Macarıstanla Azərbaycan arasında qarşılıqlı hörmət əsasında tərəfdaşlıq qurulanda bəzi Avropa liderləri bu təşəbbüsə istehza ilə yanaşıb.
“Bu gün isə həmin liderlər Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar”, - Macarıstan XİN rəhbəri vurğulayıb.