Taxtakörpü-Ceyranbatan su kanalında boğulan qardaşlar Tovuzda dəfn edilib.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, iki qardaş - Tovuz rayon sakinləri 2001-ci il təvəllüdlü Ramazan Abdıyev və onun qardaşı 1999-cu il təvəllüdlü Orxan Abdıyev bu gün rayonun Cilovdarlı kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, hadisə sentyabrın 2-si ehtiyatsızlıqdan baş verib.
Belə ki, Orxan kanala düşən Ramazanı xilas etməyə çalışarkən hər ikisi suda boğulub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta