Böyük Britaniyada II Elizabetin gəlini, Kent hersoginyası Ketrin 92 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə Bukingem Sarayı bəyanat yayıb.
"Bukingem Sarayı Əlahəzrət Kent hersoginyasının vəfatını dərin hüznlə elan edir", - sarayın bəyanatında deyilir.
Qeyd olunur ki, Kent hersoginyası sentyabrın 5-nə keçən gecə ailəsinin əhatəsində dinc şəkildə vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.
Xatırladaq ki, II Elizabeti 2022-ci ilin sentyabrın 8-də 96 yaşında vəfat edib.