AZ

Mançester Yunaytedin qapıçısı karyerasını Türkiyə çempionatında davam etdirə bilər

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Altay Bayındır karyerasını Türkiyə çempionatında davam etdirə bilər. 

Bakıvaxtı.az "Attacking Football"a istinadən məlumat verir ki, "Trabzonspor" 27 yaşlı qapıçını transfer etməkdə maraqlıdır.

Türkiyədə "transfer pəncərəsi" daha bir həftə açıq olacağı üçün tərəflərin sövdələşməni tamamlaya biləcəyi qeyd olunub. Onun Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. 

Qeyd edək ki, Altay Bayındır ötən mövsüm meydana çıxdığı 13 matçda 18 qol buraxıb. Türkiyə millisinin üzvü 8 milyon milyon avro dəyərində qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
1
bakivaxti.az

2Mənbələr