AZ

Maliyyə Nazirliyi 9 aylıq fasilədən sonra fond bazarından vəsait cəlbinə başlayır

9 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 3 illik ortamüddətli istiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Banker.az bunu BFB-yə istinadən xəbər verir.

Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin sonundan bu tərəfə ilk belə hərracıdır. MaN sonuncu dəfə üç illik istiqrazlar üzrə hərrac keçirib və həmin hərracda gəlirlilik 10.65 faiz gəlirlilik olmuşdu.

Maliyyə Nazirliyi həmin müddətdən sonra bazarda, əksinə depozit təklif edən tərəf kimi çıxış edib. Üç rüblük fasilədə sonra 5 sistem əhəmiyyətli banklara depozitlər yerləşdirib.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli, dövlət istiqrazları  Qiymətli kağızın ISIN kodu AZ0201120018 Buraxılış həcmi  20 000 000 manat Nominal dəyəri  100 manat İstiqrazların tədavül müddəti 1080 gün  Faiz ödənişləri 2026-cı il 9 sentyabr, 2026-cı il 9 mart, 2027-ci il 9 sentyabr, 2027-ci il 9 mart, 2028-ci il 9 sentyabr, 2028-ci il 9 mart Faiz dərəcəsi (olduqda) 8% Ödəmə tarixi 09.09.2028 Anderrayter PAŞA Kapital İ.Ş.” QSC

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Nazirlik tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Seçilən
40
1
banker.az

2Mənbələr