Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
10Mənbələr
-
news24.azHava kəskin DƏYİŞİR ( 21039127)
-
afn.azSabah yağış yağacaq, şimşək çağacaq ( 21044437)
-
heftelik.azYağış yağacaq ( 21043774)
-
ekologiya.azSabaha gözlənilən hava şəraiti açıqlanıb ( 21043717)
-
aznews.azSabah Bakıda yağış yağacaq ( 21043534)
-
mia.azSabah hava necə olacaq? - Proqnoz ( 21043174)
-
azerbaijan-news.azSabahın hava proqnozu açıqlanıb ( 21042952)
-
7news.azSabah yağış yağacaq ( 21042910)
-
xezerxeber.azSabahın hava proqnozu açıqlanıb ( 21042799)
-
tribunainfo.azSabah yağış yağacaq, şimşək çağacaq ( 21042658)