Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
10Источники
-
onn.azSabahın havası açıqlandı ( 21096595)
-
news24.azSabahın hava proqnozu açıqlandı ( 21090019)
-
azadmedia.azBakıda külək, rayonlarda yağış, dolu - PROQNOZ » AzadMedia.az ( 21095107)
-
azadmedia.azBakıda külək, rayonlarda yağış, dolu - PROQNOZ » AzadMedia.az ( 21094840)
-
newscenter.azSabah yağış yağacaq ( 21091555)
-
heftelik.az33 dərəcə isti olacaq ( 21091513)
-
nocomment.azSabah 33 dərəcə isti olacaq – PROQNOZ ( 21091375)
-
olay.azSabah hava necə olacaq? ( 21091348)
-
azertag.azSabah əksər bölgələrdə hava əsasən yağmursuz keçəcək ( 21091303)
-
turkic.worldSabahın hava proqnozu ( 21091300)