Bu iki oyun Santuşun son iki oyunu ola bilərmi? Hansı nəticə qənaətbəxş sayıla bilər? Azər Bağırovun bu barədə fikirlərini öyrəndik:
“Minimal nəticə iki, maksimum nəticə dördxaldı. Bunu reallaşdıra bilsək, yaxşı olar. Santuşun son oyunu olub-olmayacağı ilə bağlı heç nə deyə bilmərəm. AFFA rəhbərliyi və futbol funksionerlərimiz onun göndərilib-göndərilməyəcini daha yaxşı bilər. Ümid edək ki, nə olsa da, üçrəngli bayrağımız üçün xeyirli olsun”.
MÜZƏFFƏR QULUZADƏ