AZ

Tural Məmmədov: DDOS hücumu olmayan gün mövcud deyil VİDEO

Bakı, 5 sentyabr, AZƏRTAC

Bu ilin birinci yarısında “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlıqları vasitəsilə 262,920,000 (64 faiz azalma) zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 12,366,400 (5 dəfə artıb) və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 61,482 (63 faiz azalıb) zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasının qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) baş idarə rəisinin müavini Tural Məmmədov deyib.

T.Məmmədov qeyd edib ki, cari ilin 6 ayı ərzində qarşısı alınmış DDOS hücumların ümumi həcmi – 300Tbps, həcmi 1 Gbps çox olan DDOS hücumların sayı isə 18 olub.

“Demək olar ki, DDOS hücumu olmayan gün mövcud deyil”, - deyə T.Məmmədov əlavə edib.

 

Seçilən
25
4
azertag.az

5Mənbələr