Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyevin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu Azərbaycan II Liqası təmsilçisi "Sheki City"yə keçib.
Komandanı kapitan kimi meydana çıxaracaq təcrübəli futbolçu daha əvvəl də Şəki komandasının formasını geyinib.
Qeyd edək ki, İmamverdiyev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Kəpəz" kimi klublarda çıxış edib.