AZ

Trampın oğlu milyarder oldu

AzVision.az “Forbes” jurnalına istinadən xəbər verir ki, nəticədə Erik Trampın payı təxminən 950 milyon dollara çatıb.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə görə, Erik Tramp “Amerikan Bitcoin” şirkətinin 73 milyon səhminə sahibdir. Şirkətin səhmləri bahalaşdıqdan sonra o, milyarderlər sırasına qoşulub.

“İnvestorlar səhmləri çərşənbə günü ticarətin sonuna 8,04 dollara sataraq Erik Trampın şəxsi payını ailəsinin istənilən şəxsi əmlakından daha böyük edib”, - “Forbes” bildirir.

Jurnalın məlumatına görə, şirkət avqust ayında bitkoinlərin mayninqi üçün 16 mindən çox “maşın” alıb. 2025-ci il sentyabrın 1-nə onlar təxminən 275 milyon dollar dəyərində 2443 bitkoin saxlayırlar. “Amerikan Bitcoin” şirkəti isə hazırda təxminən 7,3 milyard dollar civarında qiymətləndirilir.

Xatırladaq ki, sentyabrın 2-də “The Wall Street Journal” nəşri Tramp ailəsinin WLFI kriptovalyutasından təxminən 6 milyard dollar qazandığını yazıb. Bu, daşınmaz əmlak investisiyalarını geridə qoyaraq, ailə portfelindəki ən qiymətli aktivə çevrilib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
107
1
azvision.az

2Mənbələr