AZ

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.
Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Portuqaliya ilə üz-üzə gələcək.
Görüş Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edəcək.
Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.
Seçilən
1
9
oxu.az

10Mənbələr